Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüMüasir dünyanın siyası xəritəsinə və son dövrlərdə beynəlxalq miqyasda baş verən hadisələrə nəzər saldıqda, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin bənzəri olmamasının şahidi oluruq.
Otuz ilə yaxın bir müddətdə davam edən işğala son qoyulması, ərazi bütövlüyünün, suverenliyin, konstitusiya-hüquq qaydalarının istisnasız bütün ərazilərimizdə tam bərpa edilməsi misli görünməyən Zəfərin parlaq nəticələridir.
Yaxın tarixə qısa ekskurs edərkən məlum olur ki, keçən əsrin 90-cı illərində hakimiyyətə qeyri legitim yollarla yiyələnən AXC-Musavat rəhbərliyinin yarıtmaz fəaliyyəti, nizami ordunun olmaması, ölkədə hökm sürən özbaşınalığın nəticəsində bir sıra yaşayış məntəqələrimiz düşmən tərəfindən işğal olundu. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonları erməni silahlı qüvvələri tərəfindən ələ keçirildi, Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal edilməsindən sonra isə Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Silahlı münaqişənin tənzimlənməsi üçün vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu açıq-aşkar ikili standartlar nümayiş etdirərək, Azərbaycanın maraqlarına qətiyyən cavab verməyən status quonu saxlamaqa çalışırdı. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumundakı çıxışında Minsk qrupunun yarıtmaz fəaliyyətinə toxunaraq vurğulamışdır ki, ABŞ, Fransa və Rusiyanın rəhbərlik etdiyi Minsk qrupu yalnız Qarabağı, yəni təkcə Qarabağı deyil, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini deyil, həm də Laçın və Kəlbəcər rayonlarının bütün ərazisini əlimizdən alıb Ermənistana vermək istəyirdi ki, biz buna razı olaq. Bunun müqabilində bizə olduğumuz yerdən şərqə doğru beş rayonun qaytarılması vəd edilirdi.
Açınacaqlı məqam həmçinin ondar ibarət idi ki, BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamə sadəcə kağız üzərində qalmışdır və işğalçı dövlətə qarşı heç bir sanksiya və ya digər təzyiq vasitəsi tətbiq olunmadı. Hətta Azərbaycan ordusu ərazilərimizi düşməndən azad edən zaman uzun müddət fəaliyyət qabiliyətsizliyi nümayiş etdirən beynəlxalq vasitəçilər bizdən dayanmağı nələb edirdilər. Onlar heç bir halda məqsədlərinə nail ola bilməzdilər, çünki Azərbaycan xalqının iradəsini qırmaq mümkün deyildi. Dövlət Başçısının dediyi kimi, müstəqillik uğrunda mübarizə aparan, kimliyini qoruyan bir xalqı məğlub etmək, başqalarının iradəsini zorla qəbul etdirmək mümkün deyil. İkinci Qarabağ müharibəsində böyük Zəfər əldə edən Azərbaycan beynəlxalq hüququ və beynəlxalq ədaləti öz gücünə döyüş meydanında bərpa edərək, bütöv Cənubi Qafqaz regionunun inkişafı yolunda yeni möhtəşəm səhifə açdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.