Spritual, dini mövzularda xəbərlər cəmiyyətdə maraqla qarşılanır.
"Report"un Qusara ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu APA TV-nin baş direktoru Orxan Məmmədli Qusarda "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bu mövzu həmişə müzakirə predmeti olur:
"Fikrimcə, bu mövzuda məsuliyyət güc strukturlarının əməkdaşları, din xadimləri, ilahiyyatçılar kimi, jurnalistlər və medianın da üzərində düşür. Hazırkı durumda isı daha çox da medianın üzərinə düşür. Hesabatlara baxdıqda bu istiqamətdə hazırladığımız layihələrin uğurlu olduğunu görürük".
Qeyd edək ki, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.