AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə BP Şirkətinin birgə maliyyələşdirdiyi layihə davam edir

  • + A
  • - A
  • Bu gün, 17:03

    QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə BP Şirkətinin birgə maliyyələşdirdiyi layihə davam edir


    QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə BP Şirkətinin birgə maliyyələşdirdiyi və “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin icra etdiyi “Şəki-Zaqatala regionunda meşə arıçılığının inkişafına dəstək” layihəsi çərçivəsində, 15-16 İyul 2026-cı il tarixlərində Şəki şəhərində “Arı ailələrinin artırılması və arıçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər” və “Arı xəstəlikləri və xəstəliklərlə mübarizə üsulları” mövzularında təlimlər davam etdirilib.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, “Balans” İMİB-nin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyevin sözlərinə görə, layihə region üçün vacib layihələrdəndir. Belə maarifləndirici təlimlərdə arıçılıq təsərrüfatlarının rəhbərləri və fermerlər daha çox bilik və bacarıqlar əldə edirlər.

    M.Nağıyev qyd edib ki: “Layihə çox maraqlı və vacib layihədir. Arıçılıq sahəsində müxtəlif mövzuları əhatə edən təqdimatlarla və video materiallarla həyata keçirilən təlim-görüşlərdə hiss olunur ki, regionda meşə arıçılığının inkişafı üçün çox gözəl imkanlar olsa da, hələ də fermerlər və təsərrüfat rəhbərləri bu imkanlardan lazımi kimi istifadə etmirlər. Bu günədək keçirilən təlim və görüşlərin nəticələri deməyə əsas verir ki, arıçı-fermerlərin belə layihələrə və həm nəzəri və həm də praktiki tədbirlərə ehtiyacları var".

    Layihə rəhbəri ilə söhbət zamanı aydın olub ki, layihə çərçivəsində növbəti təlim-görüşlər 2026-cı il Avqust ayının 3-ü və 4-ündə təşkil olunacaq. Layihənin icra planında sonuncu təlim-görüşün nəzəri mövzuda təşkili nəzərdə tutulsa da, ancaq iştirakçı fermerlərin çoxsaylı təkliflərini və arzularını nəzərə alaraq avqust ayının 4-də keçiriləcək sonuncu təlim-görüş birbaşa arıçılıq sahəsində praktiki olaraq təşkil olunacaq.

    Həmin gün, iştirakçılar arıçılıq sahəsinə səfər edəcəklər və əldə etdikləri bilik və bacarıqlarını təkmilləşdirəcəklər.

    Fotolar







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR