AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uşaq Qaynar Xəttinə növbəti SOS müraciəti - Ana azyaşlı övladlarının qaytarılmasını istəyir

  • + A
  • - A
  • Dünən, 11:01

    Uşaq Qaynar Xəttinə növbəti SOS müraciəti -  Ana azyaşlı övladlarının qaytarılmasını istəyir

    Uşaq və Qadın Qaynar Xətt Xidmətinə Gəncə şəhər sakini tərəfindən azyaşlı övladları ilə bağlı təcili müraciət daxil olub. Müraciətdə bildirilir ki, 7 və 4 yaşlı iki azyaşlı uşaq ata tərəfi tərəfindən görüş adı ilə aparılıb və bu günədək anaya qaytarılmayıb.

    Qaynar Xətt Xidmətinə təqdim olunan məlumata görə, ana 16 yaşında erkən nikaha məcbur edilib. O, ailə həyatı dövründə psixoloji zorakılığa məruz qaldığını, sonradan nikahın pozulduğunu bildirib. Hazırda təhsilini Şəki Tibb Kollecində davam etdirən qadın övladlarının qayğısına qalmağa, onların təhsili və sağlam inkişafını təmin etməyə hazır olduğunu qeyd edib.

    Müraciətdə o da bildirilir ki, uşaqların atası eşitmə, danışma və əqli məhdudiyyətlidir. Ana ayrılıqdan sonra da uşaqların ata ilə ünsiyyətinə mane olmayıb və onların mütəmadi görüşməsinə şərait yaradıb. Lakin sonuncu dəfə uşaqlar görüş məqsədilə aparıldıqdan sonra geri qaytarılmayıb.

    İddialara görə, azyaşlılar hazırda Gədəbəy rayonunda saxlanılır. Ana hesab edir ki, uşaqların qaytarılmamasına ata tərəfinin ailəsi mane olur.

    Uşaq və Qadın Qaynar Xətt Xidmətinə təqdim edilən məlumatlarda uşaqların vəziyyəti ilə bağlı narahatlıq doğuran məqamlar da yer alıb. Belə ki, azyaşlı qızın telefon danışığında onların açıq havada, yad şəxslərin yanında soyuq suda çimizdirildiyini və bunun «canlarını möhkəmləndirmək» adı ilə edildiyini dediyi bildirilir.

    Qaynar Xətt Xidməti məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər göndərildiyini açıqlayıb. Xidmət uşaqların ali mənafeyinin qorunmasını əsas götürərək, səlahiyyətli qurumları təxirəsalınmaz tədbirlər görməyə, azyaşlıların vəziyyətinin araşdırılmasına və onların qanuni hüquqlarının təmin edilməsinə çağırıb.

    Qeyd edək ki, yazıda yer alan məlumatlar Uşaq və Qadın Qaynar Xətt Xidmətinin yaydığı müraciətə əsaslanır. Hadisə ilə bağlı qarşı tərəfin mövqeyi məlum deyil. Rəsmi araşdırmanın nəticələri açıqlandıqca məsələ ilə bağlı əlavə məlumat veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR