AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranda qadınların ictimai nəzarətdə iştirakına dair dəyirmi masa keçirilib

  • + A
  • - A
  • Dünən, 11:22

    Lənkəranda qadınların ictimai nəzarətdə iştirakına dair dəyirmi masa keçirilib

    “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslərdə qadınların fəallığının gücləndirilməsi” layihəsi çərçivəsində 15 iyul 2026-cı il tarixində Lənkəranda “İctimai iştirakçılıq haqqında” Qanunun tətbiqi və qadınların ictimai nəzarətdə rolunun gücləndirilməsi” mövzusunda dəyirmi masa təşkil olunub.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbirin məqsədi iştirakçıları “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları və əsas prinsipləri, onun tətbiq mexanizmləri, ictimai iştirakçılığın müxtəlif formaları, bu sahədə mövcud praktiki məsələlər və çətinliklər barədə məlumatlandırmaq, qadınların ictimai nəzarət və qərar qəbuletmə proseslərində iştirak imkanlarını genişləndirmək olub.

    Tədbirdə vətəndaş cəmiyyəti nümayəndələri, yerli icma üzvləri, qadın fəallar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəyirmi masa interaktiv dialoq formatında keçirilib, iştirakçılarla ictimai iştirakçılığın əhəmiyyəti, ictimai nəzarət mexanizmlərinin tətbiqi, ictimai şuraların fəaliyyəti, vətəndaş təşəbbüslərinin təşviqi və qadınların ictimai proseslərdə rolunun artırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Tədbir çərçivəsində “Real problemlərin xəritəsi” adlı interaktiv sessiya da təşkil olunub. Sessiya zamanı iştirakçılar yaşadıqları ərazilərdə mövcud olan problemlərini müəyyən edib, onların həlli istiqamətində təkliflər irəli sürüblər. Səsləndirilən problemlər və təkliflər sistemləşdirilərək layihənin yekun hesabatına daxil ediləcək.

    Müzakirələr zamanı vurğulanıb ki, qadınların ictimai iştirakçılıq və ictimai nəzarət proseslərində fəal iştirakı yerli problemlərin daha operativ müəyyən edilməsinə, dövlət-vətəndaş əməkdaşlığının güclənməsinə və qərarların daha inklüziv şəkildə qəbul olunmasına xidmət edir. Qeyd olunub ki, qadınların liderlik bacarıqlarının və ictimai fəallığının artırılması demokratik idarəetmənin mühüm elementlərindən biridir.

    Layihənin əsas məqsədi qadınların ictimai nəzarət təşəbbüslərində iştirakını gücləndirmək, “İctimai iştirakçılıq haqqında” Qanunun tətbiqinin səmərəliliyinin artırılmasına töhfə vermək, ictimai nəzarət mexanizmləri üzrə təkliflər hazırlamaq, qadınların idarəetmədə rolunun və qərar qəbuletmə proseslərinə təsir imkanlarının genişləndirilməsinə dəstək göstərməkdir.

    Fotolar





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR