AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı

  • + A
  • - A
  • Bu gün, 13:06

    Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı

    Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun məzar daşının üzərində yaranan nöqsan ailə üzvlərinin narazılığına səbəb olub.

    Şəhidin anası Səmayə Həşimova və bacısı Kəmalə Həşimova məsələ ilə bağlı bildiriblər ki, məzar daşındakı mərmər dəyişdirilməli, məzarüstü şəkil və üzərindəki yazılar ən yüksək keyfiyyət standartlarına uyğun şəkildə yenilənməlidir.

    Ailə üzvləri bununla yanaşı, Polad Həşimovun ev muzeyinin yaradılmasının və xatirəsinin əbədiləşdirilməsi məqsədilə heykəlinin ucaldılmasının vacibliyini də qeyd ediblər.

    Məsələ ilə bağlı Bakı Abadlıq Xidməti açıqlama verib. Qurumdan bildirilib ki, Müdafiə Nazirliyindən daxil olan müraciətdən dərhal sonra operativ tədbirlər görülüb.

    "Bu gün Müdafiə Nazirliyindən daxil olmuş müraciətdən dərhal sonra Bakı Abadlıq Xidməti operativ şəkildə tədbir görüb, qəbirüstü abidələrin hazırlanmasında iştirak etmiş usta əraziyə cəlb edilib. Hazırda qeyd olunan nöqsan aradan qaldırılıb", – deyə açıqlamada bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR