AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR

  • + A
  • - A
  • Bu gün, 15:19

    Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR

    Azərbaycana dəniz yolu ilə 20 kiloqramdan çox narkotik gətirmək ittihamı ilə bir ildən artıq həbsdə saxlanılan üç İran vətəndaşı məhkəmənin bəraət hökmü ilə azadlığa buraxılıb.

    Xatırladaq ki, Vahid Layeqi, Xalid Yazdani və Tohid Monşinejat ötən il mayın 29-da Xəzər dənizinin Neftçala rayonu yaxınlığında qayıqda saxlanılmışdılar. Onlara Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, qaçaqmalçılıq və satış məqsədilə külli miqdarda narkotik vasitə daşıma ittihamları irəli sürülmüş, barələrində həbs qətimkan tədbiri seçilmişdi.

    Bəraət hökmü ilə yekunlaşan işin araşdırılması zamanı bir sıra diqqətçəkən məqamlar da üzə çıxıb. Məhkəmə qərarında dövlət hesabına təyin olunmuş vəkillər Elnaz Səmədova və Günel Məmmədovanın təqsirləndirilən şəxslərə faktiki hüquqi yardım göstərmədiyi, istintaq hərəkətlərində iştirak etmədikləri halda protokolları imzaladıqları qeyd olunub. Hökmdə, həmçinin istintaq zamanı toplanmış bəzi sübutların etibarlılığı şübhə altına alınıb.

    Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, adıçəkilən vəkilin hər ikisi gənc vəkillərdir.

    Bəs görəsən, onları bu saxtakarlıqda iştirak etməyə nə vadar edib?

    Məsələ ilə bağlı əməkdaşımız vəkil Elnaz Səmədova ilə əlaqə saxlayıb.

    O, məhkəmənin qərarında yer alan iddiaları qəbul etmədiyini bildirərək, əlavə şərh verməkdən boyun qaçırıb.

    Digər vəkil Günel Məmmədova isə məhkəmə hökmündə yer alan faktları danmağa çalışıb.

    O, bildirib ki, bu iş üzrə üzərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirib və vicdanı qarşısında rahatdır.

    Vəkillər Kollegiyasının məsələ ilə bağlı mövqeyini də öyrənməyə çalışacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR