AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bioloji Təbabət Klinikası yayılan iddialarla bağlı açıqlama yayıb

  • + A
  • - A
  • Dünən, 22:25

    Bioloji Təbabət Klinikası yayılan iddialarla bağlı açıqlama yayıb


    Son günlər bəzi audiovizual media vasitələrində və sosial şəbəkə platformalarında Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi ilə bağlı birtərəfli yanaşma əsasında hazırlanmış, hadisələrin bütün tərəflərini əks etdirməyən materiallar yayılmışdır. Yaranmış vəziyyətlə əlaqədar ictimaiyyətə rəsmi mövqeyimizi təqdim etməyi zəruri hesab edirik.

    Yayımlanan məlumatlarda qeyd olunan müraciət klinikamız tərəfindən dərhal araşdırılmış, tibbi sənədlər və mövcud məlumatlar təhlil edilmişdir. Aparılmış qiymətləndirmə göstərir ki, müalicənin nəticəsinə təsir göstərə biləcək müxtəlif tibbi və fərdi amillər mövcuddur. Tibbi praktikada hər hansı müalicənin nəticəsi yalnız tətbiq olunan müalicə üsulundan deyil, həmçinin pasiyentin sağlamlıq vəziyyətindən, fərdi xüsusiyyətlərindən və həkim tərəfindən verilmiş tövsiyələrə əməl olunmasından da asılıdır. Bu səbəbdən, hər bir konkret hal yalnız tibbi sənədlər və peşəkar ekspertiza əsasında obyektiv qiymətləndirilə bilər.

    Klinikamız fəaliyyətində pasiyent hüquqlarının qorunmasını, tibbi etik prinsiplərə riayət edilməsini və tibbi xidmətlərin keyfiyyətini əsas prioritet hesab edir. Eyni zamanda, klinika ərazisində əvvəlcədən razılaşdırılmadan çəkilişlərin aparılması həm daxili qaydalara, həm də digər pasiyentlərin məxfilik və şəxsi məlumatlarının qorunması prinsiplərinə uyğun deyildir.

    Kütləvi informasiya vasitələrinin fəaliyyətinə hörmətlə yanaşmaqla yanaşı, jurnalist araşdırmalarında peşə etikası, obyektivlik, bütün tərəflərin mövqeyinin dinlənilməsi və məlumatların dəqiqləşdirilməsi prinsiplərinə riayət olunmasının vacibliyini bir daha vurğulayırıq.

    Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi uzun illərdir ki, elmi əsaslara söykənən və müasir tibbi yanaşmalara uyğun fəaliyyət göstərərək minlərlə vətəndaşa tibbi xidmət göstərmişdir. Hər bir müraciət klinikamız tərəfindən diqqətlə araşdırılır və pasiyentlərimizə fərdi yanaşma prinsipi əsasında xidmət göstərilir.

    İctimaiyyəti yalnız rəsmi, dəqiqləşdirilmiş və obyektiv məlumatlara istinad etməyə çağırırıq. Klinikamız qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyətini bundan sonra da peşəkarlıq, şəffaflıq və məsuliyyət prinsipləri əsasında davam etdirəcəkdir.

    Klinikamıza etimad göstərən bütün pasiyentlərimizə təşəkkür edirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR