AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

  • + A
  • - A
  • Bu gün, 18:30

    Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

    Respublika Perinatal Mərkəzində körpələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva, şöbə rəisləri Elnur Əhmədli və Hamlet Mustafayev barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

    Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə baxılacaq.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehriban Abasquliyeva 7 il 3 ay, Hamlet Mustafayev 5 il 8 ay, Elnur Əhmədli isə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunublar.

    Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

    İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR