AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tanınmış jurnalistin oğlu Böyük Britaniyanın nüfuzlu universitetində təhsil alacaq

  • + A
  • - A
  • Dünən, 23:06

    Tanınmış jurnalistin oğlu Böyük Britaniyanın nüfuzlu universitetində təhsil alacaq


    Tanınmış jurnalistin oğlu Böyük Britaniyanın nüfuzlu universitetində təhsil alacaq
    Tanınmış jurnalist Arzuman Loğmanoğlunun oğlu Nicat Nəbizadə Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Birmingem Universitetinə qəbul olunub.

    Aia.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkə hesabında paylaşım edib.

    Arzuman Loğmanoğlunun sözlərinə görə, Nicat Nəbiyev Azərbaycan Respublikasının Dövlət Proqramı çərçivəsində Birmingem Universitetində kibertəhlükəsizlik ixtisası üzrə magistr təhsili almaq hüququ qazanıb. Onun təhsil xərcləri dövlət tərəfindən qarşılanacaq.

    Jurnalist paylaşımında bunları qeyd edib:

    "Bu gün həyatımın ən qürurlu və ən xoşbəxt günlərindən biridir. Aylarla, bəlkə də illərlə həyəcanla gözlədiyimiz sevindirici xəbər gəldi. Oğlum Azərbaycan Respublikasının Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Birmingem Universitetində kibertəhlükəsizlik ixtisası üzrə təhsil almaq hüququ qazandı.

    Bu uğur onun əzminin, zəhmətinin və məqsədyönlülüyünün bəhrəsidir. Bir valideyn üçün övladının zəhmətinin bəhrəsini görməkdən böyük sevinc yoxdur. Bu imkanı yaradan Azərbaycan Respublikasının Dövlət Proqramına və bu yolda əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm."


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR