Rusiyanın Rostov-na-Donu şəhərində əlverişsiz hava şəraiti səbəbindən bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Bu barədə şəhər administrasiyasının rəhbəri Aleksandr Skryabin sosial şəbəkədə bildirib.
"Bədbəxtlikdən pis hava şəraiti təkcə dağıntılar gətirmədi: 13 nəfər xəsarət alıb, onlardan yeddisi xəstəxanaya yerləşdirilib, bir nəfər isə ölüb", - o yazıb.
Qeyd olunub ki, leysan və şiddətli küləyin fəsadları səbəbindən 100-ə yaxın insident qeydə alınıb.
"26 hadisənin fəsadları aradan qaldırılıb, 73 insident nəzarət altındadır", - Skryabin yazıb və əlavə edib ki, şəhərdə su təchizatı tam bərpa olunub, lakin elektrik enerjisinin verilişində fasilə davam edir.
Fırtına, tufan və güclü leysan şənbə günü axşam Rostov vilayətini cənginə alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.