AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

  • + A
  • - A
  • Bu gün, 15:36

    "Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

    "Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) klubuna qarşı Bolqarıstanda keçiriləcək cavab oyunu üçün səfər proqramı müəyyənləşib.

    "Ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallının "Report"a verdiyi məlumata görə, komanda iyulun 29-da, səhər saatlarında Bolqarıstana yola düşəcək.

    Həmin gün baş məşqçi Yuri Vernidubun iştirakı ilə saat 19:30-da mətbuat konfransı keçiriləcək. Saat 20:00-da isə komandanın media üçün açıq məşqi baş tutacaq.

    "Dinamo" (Minsk) – "Neftçi" görüşü ertəsi gün keçiriləcək. Qarşılaşma Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe Siti" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

    Belarus təmsilçisi Bakıdakı ilk oyunda 4:2 hesablı qələbə qazanıb.

    Kluba azərbaycanlı azarkeşlərin komandaya dəstək məqsədilə oyunda iştirakı ilə bağlı hər hansı müraciət daxil olmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR