AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müəllimini güllələyən şagirdin atasına hökm oxundu

  • + A
  • - A
  • Bu gün, 14:48

    Müəllimini güllələyən şagirdin atasına hökm oxundu

    Bu il fevralın 6-da Bakıda yerləşən "İdrak" liseyində müəllimini odlu silahla yaralayan şagirdin atası barəsində məhkəmə hökmü çıxarılıb.

    Məlumata görə, 44 yaşlı Samir Şirinov Cinayət Məcəlləsinin 230-cu maddəsi (odlu silahın diqqətsiz saxlanılması nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda) ilə təqsirli bilinib. Məhkəmənin qərarına əsasən, o, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

    Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, evdə qanuni əsaslarla saxladığı iki ov silahından biri oğlunun istifadə etdiyi silah olub. Onun sözlərinə görə, silahlar xüsusi dəmir seyfdə mühafizə edilib və polis əməkdaşları tərəfindən mütəmadi yoxlanılıb.

    Samir Şirinov qeyd edib ki, hadisə zamanı ailədə keçirilən xeyir işinə görə diqqət yayındığından oğlu açıq qalan qarderob otağına daxil olaraq silahı götürə bilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR