AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əcnəbilər Azərbaycanda müvəqqəti qalma müddətini artıq elektron qaydada uzada biləcəklər

  • + A
  • - A
  • Bu gün, 19:23

    Əcnəbilər Azərbaycanda müvəqqəti qalma müddətini artıq elektron qaydada uzada biləcəklər

    Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müvəqqəti olma müddətinin uzadılması xidməti tam elektronlaşdırılıb.

    Yeni qaydalara əsasən, əcnəbilər viza müddətinin, vizasız qaydada ölkəyə gəldikdə isə 90 və ya 30 günlük müvəqqəti olma müddətinin uzadılması üçün elektron qaydada müraciət edə biləcəklər.

    Bundan sonra müvəqqəti olma müddətinin uzadılması barədə qərar kağız daşıyıcıda deyil, elektron sənəd formasında təqdim ediləcək. Dövlət rüsumu ödənildikdən sonra qərar müraciət edənin myGov portalındakı elektron kabinetinə yerləşdiriləcək və eyni zamanda onun elektron poçt ünvanına göndəriləcək. Bununla yanaşı, xidmətdən fiziki müraciət yolu ilə istifadə etmək imkanı da qüvvədə qalacaq.

    Qeyd olunub ki, əvvəlki qaydada kağız daşıyıcıda verilmiş qərarlar üzərində göstərilən müddətin sonunadək hüquqi qüvvəsini saxlayacaq.

    Müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadıla bilər:

    təcili müalicəyə ehtiyac yarandıqda;

    Azərbaycanda yaşayan yaxın qohum ağır xəstələndikdə və ya vəfat etdikdə;

    valideynin, həyat yoldaşının, övladın, qardaşın və ya bacının müvəqqəti olma müddəti uzadıldıqda;

    xidməti zərurətlə ölkəyə gəlmiş əcnəbinin işlərinin başa çatdırılmaması ilə əlaqədar onu dəvət edən təşkilat əsaslandırılmış vəsatət təqdim etdikdə;

    tranzit keçid zamanı məcburi dayanma hallarında.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR