AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yazarların iyun toplantısı keçirilib

  • + A
  • - A
  • 10-06-2026, 16:34

    Yazarların iyun toplantısı keçirilib


    İyunun 5-də İsmayıllı Rayon Uşaq Kitabxanasında “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin üzvlərinin iştirakı ilə “Dağ çiçəkləri” ədəbi məclisinin növbəti toplantısı keçirilib.

    Beynəlxalq Şairlər Gününə təsadüf edən toplantıda əvvəlcə əbədiyyətə qovuşmuş şairlərin xatirəsi ehtiramla anılıb, onlara Allahdan rəhmət, sağ olan söz adamlarına isə möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulanıb.

    Daha sonra birliyin üzvləri yeni qələm nümunələrini səsləndiriblər. Oxunan şeir və digər ədəbi nümunələr ətrafında geniş müzakirələr aparılıb, müəlliflərə rəy və tövsiyələr verilib. Bəyənilən əsərlərin “İsmayıllı xəbərləri” qəzetində dərc olunması qərara alınıb.

    Toplantı iştirakçıları tədbirin yüksək səviyyədə təşkilinə, göstərilən diqqət və qayğıya görə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə və İsmayıllı Rayon Uşaq Kitabxanasının kollektivinə təşəkkürlərini bildiriblər.

    Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

    Lalə Məmmədli


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR