AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fondundan 122 min manatlıq tender – Qalib şirkətin ünvanı XİN rəhbərliyinin ailəsi ilə əlaqələndirilir

  • + A
  • - A
  • Bu gün, 16:44

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fondundan 122 min manatlıq tender – Qalib şirkətin ünvanı XİN rəhbərliyinin ailəsi ilə əlaqələndirilir

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun keçirdiyi tender müsabiqəsinin qalibi "Laguna Group" MMC olub. Bu barədə Yeniavaz məlumat yayıb.

    Yeni Avaz-ın məlumatına görə, şirkət xaricdə yaşayan Azərbaycan əsilli din xadimlərinin ölkəyə səfərinin təşkilini həyata keçirəcək. Müqavilənin dəyəri 122 min 180 manat 23 qəpik təşkil edir.

    Tender sənədlərinə əsasən, ümumilikdə 52 nəfər din xadiminin Azərbaycana gətirilməsi nəzərdə tutulur. Onlardan 32 nəfər Türkiyədən, 10 nəfər Gürcüstandan, 5 nəfər Rusiyanın Dağıstan Respublikasından, 5 nəfər isə İraqdan gələcək.

    Araşdırmalara əsasən, "Laguna Group" MMC 2017-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Əsgərov Ramil Əsgər oğludur. Dövlət satınalmalarında mütəmadi qalib gələn şirkətin eyni zamanda dövlət büdcəsinə 5 272 manat 64 qəpik vergi borcu olduğu bildirilir.

    Diqqət çəkən məqamlardan biri isə şirkətin hüquqi ünvanıdır. Həmin ünvanda vaxtilə "My Vings" MMC də qeydiyyatdan keçib. Bu şirkətin qanuni təmsilçisi Müzadil Rəfiyevdir. Açıq mənbələrdə yer alan məlumatlara görə, Müzadil Rəfiyev Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin qardaşıdır. Bildirilir ki, Yalçın Rəfiyev də həmin ünvanda qeydiyyatda olub.

    Qeyd edək ki, son illər dövlət satınalmalarında eyni ünvan, ailə və ya biznes əlaqələri ilə bağlı iddialar ictimai müzakirələrə səbəb olur. Ekspertlər dövlət vəsaitlərinin xərclənməsində şəffaflığın artırılması, mümkün maraqlar toqquşusunun qarşısının alınması üçün satınalma proseslərinin daha açıq və ictimai nəzarətə əlçatan olmasının vacibliyini vurğulayırlar.

    Hazırkı tenderlə bağlı isə rəsmi sənədlərdə hər hansı qanun pozuntusu barədə məlumat yer almır. Bununla belə, şirkətin hüquqi ünvanı və əlaqələri ictimai maraq doğuran məqam kimi diqqət çəkir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR