AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Ekoloji Maarifçilik və Monitorinq" İctimai Birliyi İsmayıllıda 3-cü maarifləndirici tədbirini keçirib

  • + A
  • - A
  • Bu gün, 12:20

    "Ekoloji Maarifçilik və Monitorinq" İctimai Birliyi İsmayıllıda 3-cü maarifləndirici tədbirini keçirib

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ekoloji Maarifçilik və Monitorinq" İctimai Birliyi tərəfindən həyata keçirilən "İsmayıllıda ekoloji maarifləndirmə tədbirləri" layihəsi çərçivəsində növbəti – 3-cü maarifləndirici tədbir İsmayıllı Texniki Peşə Mərkəzində keçirilib.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbir gənclərin iştirakı ilə təşkil olunub. Tədbirin əsas məqsədi gənclər arasında ekoloji şüurun formalaşdırılması, ətraf mühitin mühafizəsi, yaşıl enerji, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi, iqlim dəyişiklikləri və davamlı inkişaf mövzularında maarifləndirmə işinin aparılması olub.

    Təlimçi-ekspert Rasim Məmmədov yaşıl enerjinin əhəmiyyəti, günəş və külək enerjisinin tətbiqi, enerjiyə qənaət üsulları, karbon emissiyalarının azaldılması, tullantıların düzgün idarə olunması və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolu barədə ətraflı təqdimatla çıxış edib. Təlim interaktiv formada keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Layihə rəhbəri Qəmzə Yusubova çıxışında bildirib ki, gənclərin ekoloji biliklərinin artırılması və onlarda yaşıl düşüncə tərzinin formalaşdırılması gələcəyin sağlam və dayanıqlı cəmiyyətinin qurulmasına mühüm töhfə verir. O qeyd edib ki, layihə çərçivəsində keçirilən maarifləndirici tədbirlər ekoloji məsuliyyət hissinin gücləndirilməsinə və təbiətin qorunmasına xidmət edir.

    Layihə çərçivəsində İsmayıllı rayonunda ekoloji maarifləndirmə tədbirləri davam etdiriləcək.

    Fotolar





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR