AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FHN-ə elektron müraciət üçün yeni imkan yaradıldı

  • + A
  • - A
  • Bu gün, 11:38

    FHN-ə elektron müraciət üçün yeni imkan yaradıldı


    Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etmək istəyən vətəndaşlar artıq bunu "MyGov" platforması vasitəsilə də həyata keçirə biləcəklər.

    Nazirliyin yaydığı məlumata görə, yenilik vətəndaş müraciətlərinin daha rahat qəbul edilməsi, xidmətlərin rəqəmsallaşdırılması və məmnunluğun artırılması məqsədi daşıyır.

    Bundan sonra istifadəçilər "MyGov" platformasının "Dövlət qurumlarına rəsmi məktub" bölməsinə daxil olaraq FHN-i və ya nazirliyin müvafiq qurumunu seçməklə elektron müraciətlərini göndərə biləcəklər.

    Müraciətlərə verilən rəsmi cavab isə FHN tərəfindən hazırlanaraq vətəndaşın "MyGov" platformasındakı şəxsi kabinetinə göndəriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR