AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkidə meşə arıçılığının inkişafı ilə bağlı təlimlər davam edir

  • + A
  • - A
  • Bu gün, 15:00

    Şəkidə meşə arıçılığının inkişafı ilə bağlı təlimlər davam edir

    3 Avqust 2026-cı tarixində Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə BP Şirkətinin birgə maliyyələşdirdiyi və “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Şəki-Zaqatala regionunda meşə arıçılığının inkişafına dəstək” layihəsi çərçivəsində layihənin fəaliyyət planına uyğun olaraq “Regionun iqtisadi inkişafında arıçılığın rolu” və “Arıçılığın ekologiyaya təsiri” mövzularında təlim-görüş təşkil olunub.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, həmin gün keçirilən təlimi “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev açdı və mövzuların təqdimatı üçün sözü təlimçi E. Rəhimova verib.

    Təlimçi, ilk öncə təqdimat mövzularını iştirakçıların nəzərinə çatdırıb. Əvvəlki təlim-görüşlərdə təqdim olunan mövzu ilə bağlı iştirakçılara suallar ünvanlayıb.

    O, regionun iqtisadi inkişafında meşə arıçılığının rolundan danışdı. Qeyd etdi ki, bu gün nəinki regionda, ümumilikdə ölkəmizdə arıçılıq məhsullarının istehsalı daha çox diqqət göstərilir və bu tendensiya regionun iqtisadi inkişafına da müsbət təsirini göstərir. Belə ki, əhali arıçılıqla məşğul olduqları zaman arıçılıq məhsullarının satışından yüksək gəlir əldə edir, ən azından öz ailə büdcəsinin artırılmasına nail olurlar. Əvvəlki təlimdə qeyd olunduğu kimi, bizim region müşə arıçılığının inkişafı üçün çox böyük imkanlara malikdir.

    Floramız isə daha çox imkan verir ki, arıçı fermerlər daha çox qazanc əldə etsinlər. Bunun nəticəsində həm əhali gəlir əldə edəcək və həm də regionumuz iqtisadi cəhətdən daha sürətlə inkişaf edəcək. Çay fasiləsindən sonra, ekspert, Biologiya üzrə fəlsəfə doktoru Qüdürət Bəkirov arıçılığın ekologiyaya təsirindən də geniş söhbət açıb.

    O, biomüxtəlifliyin qorunmasında regiona xas olan arıçılığa, ipəkçiliyə, heyvandarlığa və quşçuluğa dövlət dəstəyindən danışdı. Qeyd etdi ki, arıçılığın inkişafı da insanların həyat tərzinə çox təsir edir.

    Qidalandığımız bir çox məhsullar məhz arılar tərəfindən baş verən tozlandırma prosesləri nəticəsində hazırlanır. Arılar olmadan təbiəti qorumaq olmaz. Odur ki, bu layihənin şüarı düzgün seçilib. “Arılar təbiətin dostudur” və “Arıları yaşadaq, təbiəti qoruyaq”.

    Daha sonra, iştirakçıların əldə etdikləri bilik və bacarıqların yoxlanması üçün keçirilən təqdimətlara uyğun olaraq hazırlanmış imtahan-viktorina keçirildi. Təlimin sonunda layihə rəhbəri M. Nağıyev qeyd edib ki, 5 gün ərzində təlimlərin qiymətləndirilməsi vərəqələri təhlil olunmuş və iştirakçıların hamısının təklifləri sonuncu təlim-görüşün arıçılıq sahəsinə səfər edərək orada əyani təcrübə keçsinlər.

    Ona görə də, 4 avqust 2026-cı il tarixdə iştirakçılar Arıçı fermer Çingiz Nağıyevin təsərrüfatına səfər edəcək və təlim görüş sahədə təşkil olunacaq.

    Fotolar




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR