AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Agentliyin dəstəyi ilə iştirakçılar arıçılıq təsərrüfatında təcrübə keçiblər

  • + A
  • - A
  • Bu gün, 20:22

    Agentliyin dəstəyi ilə iştirakçılar arıçılıq təsərrüfatında təcrübə keçiblər

    4 Avqust 2026-cı tarixində Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə BP Şirkətinin birgə maliyyələşdirdiyi və “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Şəki-Zaqatala regionunda meşə arıçılığının inkişafına dəstək” layihəsi çərçivəsində layihənin fəaliyyət planına uyğun olaraq “Bir kənd - bir arı bağı” mövzusunda təlim-görüş təşkil olundu. Təlimin 1-ci hissəsində keçirilən təqdimatlar və mövzular ətrafında müzakirələr keçirilib.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, hazırlanmış elektron forma əsasında İştirakçıların əldə etdikləri biliklər yoxlanılıb. İştirakçılara sertifikatlar təqdim olunduqdan sonra layihə rəhbəri qeyd edib ki, “Bir kənd - bir arı bağı” adlı mövzuya uyğun olaraq iştirakçılar arıçılıq təsərrüfatına səfər edəcək və çay fasiləsi orada təşkil olunacaq.

    Daha sonra, Şəkidə meşə ərazisində yerləşən və fermer-arıçı Çingiz Nağıyevə məxsus olan arıçılıq təsərrüfatına səfər təşkil edilib. Səfər zamanı, arıçılıq təsərrüfatında iştirakçılar arı ailələrinin yetişdirilməsi, artırılması, arıların növləri və yerinə yetirdikləri işlər, beçə vermə və arı məhsullarının istehsalı üçün lazım olan şəraitlə tanış olublar, təsərrüfat rəhbərinin istifadə etdiyi metodlarla və əhdaclarla yaxından tanış olublar.

    Layihə çərçivəsində təşkil olunan təlim-görüşlərin təqdimatlarından faydalanan iştirakçılar əldə etdikləri bilik və bacarıqları əyani olaraq izləyiblər.

    İştirakçılardan arıçı-fermerlərdən Məsimova Məhəbbət, Məmmədova Qumru, Musəvi Elnur, sahibkarlardan Yusifova Aynurə, Rəfiyeva Nübar, Məmmədova Adilə təsərrüfat rəhbəri Ç. Nağıyevə çox sayda suallar ünvanladılar və həm təsərrüfat rəhbəri, həm təlimçi və həm də ekspert sualları cavablandırıblar.

    Daha sonra, arıçılıq təsərrüfatında çay fasiləsi təşkil olunub. Sonda, layihə rəhbəri çıxış edərək, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və BP Şirkətinə bu layihənin həyata keçirilməsi üçün maliyyə yardımı ayırdıqları üçün həm öz adından və həm də iştirakçılar adından təşəkkürünü bildirib.

    Layihə çərçivəsində nəzərdə tutulan bütün tədbirlər uğurla başa çatıb. Layihə çərçivəsində 23 nəfər iştirakçı iştirak etdi və müşə arıçılığının inkişafı ilə bağlı bilik və bacarıqlar əldə ediblər.

    Fotolar





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR