Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov Naqasaki prefekturasının qubernatoru Ken Hirata ilə görüşüb.
Bu barədə Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Yaponiyaya atom bombasının atılmasının 81-ci ildönümündə Naqasaki atom bombası qurbanlarını anım mərasimində ölənlərin xatirəsi ehtiramla yad olunub. Hələ də fəsadlardan əziyyət çəkən insanlara səmimi qəlbdən şəfa diləyirəm qubernator", - səfir yazıb.
Xatırladaq ki, ABŞ 9 avqust 1945-ci ildə Yaponiyanın Naqasaki şəhərinə atom bombası atıb.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.