AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Keçmiş deputat və vəkil Rusiyada biznes qurmaq istəyərkən aldadılıb

  • + A
  • - A
  • Bu gün, 16:00

    Keçmiş deputat və vəkil Rusiyada biznes qurmaq istəyərkən aldadılıb

    Milli Məclisin əvvəlki çağırış deputatı Elşad Mirbəşirli və Vəkillər Kollegiyasının üzvü, vəkil Nizami İbrahimov Rusiyada biznes qurmaq istəyərkən dələduzluqla üzləşdiklərini bildiriblər.

    Məlumata görə, onlar Moskvadakı “Food City” bazarında buzlu kola satışı biznesinin təşkili üçün Gülnar Soltanovaya ümumilikdə 260 min manat vəsait veriblər. Lakin vəd edilən biznes baş tutmayıb və pullar geri qaytarılmayıb.

    Zərərçəkmişlərin şikayəti əsasında aparılan araşdırma nəticəsində Gülnar Soltanova cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR