AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin”

  • + A
  • - A
  • Bu gün, 12:18

    “Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin”

    Çinin moda brendi “Shein”in məhsullarının etiketlərindəki çağırış müzakirı mövzusuna çevrilib.

    X sosial şəbəkəsində yayılan bəzi fotolarda geyimlərin etiketlərində “Need your help” (“Yardımınıza ehtiyacımız var”) və buna bənzər ifadələrin yazıldığı görünür.

    Paylaşımlarda bu mesajların aralarında uyğurların da olduğu və məcburi əməyə məruz qaldığı iddia edilən işçilər tərəfindən gizli şəkildə yazıldığı irəli sürülür.

    Sosial mediada yayılan iddialara görə, fabriklərdə məcburi işlədilən uyğurlar “Yardımınıza ehtiyacımız var. Gündə 15 saat işləyirik. Donuzlar və itlərlə eyni yeməyi yeyirik” sözləri ilə dünyadan yardım istəyiblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR