AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sevgi evi” sığınacağının sahibi yenidən həbs edildi

  • + A
  • - A
  • Bu gün, 20:22

    “Sevgi evi” sığınacağının sahibi yenidən həbs edildi


    “Sevgi evi” Qadın və Uşaq Sığınacağının sahibi Könül Qasımova həbs edilib.

    Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

    Könül Qasımovaya qarşı Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə ittiham irəli sürülüb. Həmin maddələr iki və ya daha çox şəxsə qarşı, qrup halında, yetkinlik yaşına çatmayan və ya köməksiz vəziyyətdə olan şəxslərə qarşı, eləcə də işgəncə verməklə əzab vermə əməllərini əhatə edir.

    Qeyd edək ki, Qasımova bundan əvvəl də Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə təqsirləndirilərək məhkəmə qarşısına çıxarılıb. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

    Lakin himayəsində azyaşlı övladının olması nəzərə alınaraq, qanunvericiliyə uyğun şəkildə cəzanın icrası uşağın 14 yaşına çatmasına qədər təxirə salınıb.

    Yeni cinayət işi üzrə isə onun barəsində həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR