AAYDA sədri Cavid Kərimova yüksək vəzifə verdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.
Bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Cavid Kərimov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Protokol şöbəsinin rəhbəri təyin edilib.
C.Kərimov bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) çalışıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.