AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əbülfəz Elçibəyin qardaşı qızı mənzillə bağlı problem yaşadığını bildirir

  • + A
  • - A
  • Bu gün, 12:50

    Əbülfəz Elçibəyin qardaşı qızı mənzillə bağlı problem yaşadığını bildirir


    Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin qardaşı qızı Züleyxa Əliyevanın mənzillə bağlı ciddi problemlə üzləşdiyi bildirilir.

    “Bakupost”a müraciət edən Züleyxa Əliyevanın yaxınlarının sözlərinə görə, məsələ Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 33 ünvanında yerləşən və “Aspirantların yataqxanası” kimi tanınan binanın sökülməsi ilə əlaqədardır.

    İddialara görə, sözügedən binada Züleyxa Əliyevanın ailəsinə məxsus mənzil olub. Mənzil vaxtilə onun həyat yoldaşı Məmmədhəsən Əliyevə dövlət tərəfindən verilib və ailə uzun illər həmin ünvanda yaşayıb. Onun vəfatından sonra isə mənzil Züleyxa Əliyevaya qalıb.

    Məlumata əsasən, köhnə binanın sökülməsi və ərazidə yeni yaşayış binasının tikintisi “İnşaat Konstruksiyaları” MMC tərəfindən həyata keçirilib. Şirkətin sökülən mənzilin əvəzində yeni tikilidə mənzil vermək, həmin mənzil hazır olana qədər isə aylıq 300 manat kirayə haqqı ödəmək öhdəliyi götürdüyü bildirilir.

    Lakin sonradan həmin mənzilin başqa şəxsə də satıldığı məlum olub. Məsələdən xəbər tutan alıcının ödədiyi vəsaiti geri tələb etdiyi və mənzilə dair iddiasından imtina etdiyi, buna baxmayaraq şirkətin sözügedən mənzili daha sonra başqa şəxsə satdığı iddia edilir.

    Hazırda Züleyxa Əliyevanın ailəsinin mənzil məsələsinin həlli üçün aidiyyəti qurumlara müraciət etdiyi bildirilir.

    Qeyd edək ki, məlumat “Bakupost”un yaydığı xəbərə istinadən hazırlanıb. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyi məlum deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR