Azərbaycanda yeni sayt fəaliyyətə başlayıb.
Sehhet.info bugündən etibarən oxucuların ixtiyarına verilib. Saytda sağlamlıq mövzuları barədə ən son xəbərlərə, həkim və mütəxəssis rəylərinə yer veriləcək.
Sehhet.info-nun əsas məqsədi cəmiyyətə faydalı sağlamlıq və tibb sahəsinin ən vacib məlumatları çatdırmaqdır. Saytın təsisçisi və redaktoru isə tanınmış jurnalist Günel Cəlilovadır. Yeni sayt artıq Media Reyestrində rəsmi qeydiyyatdan keçib.
Başda Günel Cəlilova olmaqla, həmkarlarımıza fəaliyyətlərində uğurlar arzu edirik!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.