AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın beynəlxalq nüfuzu ən yüksək səviyyədədir

  • + A
  • - A
  • Bu gün, 18:18

    Azərbaycanın beynəlxalq nüfuzu ən yüksək səviyyədədir

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    İkinci Qarabağ müharibəsində əldə edilən qələbə və onun nəticəsi olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası təkcə Cənubi Qafqaz regionunda deyil, əksinə daha geniş miqyasda geosiyasi çərçivənin dəyişməsinə gətirib çıxarmışdır. Azərbaycanın öz gücünə beynəlxalq hüququ bərpa etməsi və konstitusiya-hüquq nizamını öz yurisdiksiyası çərçivəsində istisnasız təmin etməsi əyani formada göstərdi ki, dövlətimiz beynəlxalq müstəvidə ən ciddi rola malikdir.
    Prezident İlham Əliyevin dediyi kimi, “heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq”.
    Diqqəti cəlb edən mühüm məqamlardan biri də ondan ibarətdir ki, otuz il damam etmiş silahlı münaqişəyə son qoyan dövlətimiz regionun inkişafı üçün səmərəli gündəlik təklif edərək, davamlı sülhün, təhlükəsizlik rejiminin möhkəmlənməsi, iqtisadi inkişafın, hərtərəfli əməkdaşlığın təmin olunması üçün hər cür səy göstərir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan global miqyasda cərəyan edən hadisələrə təsir göstərən ən mühüm aktorlardandır. Bunu qeyd edərək, eyni zamanda, keçən əsrin sonunda ölkə tarixində baş verən hadisələri bir daha xatırlatmaq lazımdır.
    Azərbaycan xalqı azadlığını 1991-ci ildə əldə etsə də, sözün əsl mənasında müstəqilliyininə 1993-cü ildən sonra qovuşdu. 1991-1993-cü illərdə dövlətimiz ciddi problemlərlə üz-üzə gəlmişdi. Siyasi və dövlət idarəetməsi təcrübəsi olmayan AXC-Musavat hakimiyyəti dövründə Azərbaycan ən ciddi itkilərə məruz qaldı. Ermənistanın silahlı təcavüzünün nəticəsi olaraq yüz minlərlə insanların doğma torpaqlarından qovulması, iqtisadi tənəzzül, nizami ordunun yaranmaması, milli birliyin əldə edilməməsi faktiki olaraq müstəqilliyin itirilməsi təhlükəsini yaratmışdı. Ölkənin vətəndaş müharibəsinin astanasında olması vəziyyətin ağırlığını son həddə çatdırmışdı. Vəziyyətin köklü formada dəyişməsi yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra baş vermişdir.
    Otuz ildən sonra Azərbaycan hərbi-siyasi vasitələrlə suverenliyini təmin edərək, nümayiş etdirdi ki, müstəqil dövlət olaraq dayanmadan bütün sahələrdə inkişaf etmiş və onun beynəlxalq nüfuzu ən yüksək səyiyyədədir. Dövlət Başçısı bu məqamı cari ilin 1 senyabr tarixində “ŞƏT plyus formatında” görüşü zamanı öz çıxışında xüsusi olaraq qeyd etmişdir. Həmçinin vurğulanmışdır ki, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir. Beləliklə, Azərbaycanın irəli sürdüyü sülh və təhlükəsizlik qündəliyi regionda vəziyyətin fundamental şəkildə transformasiyasına qətirib çıxararaq, yeni əməkdaşlıq formatının inkişafına münbit şərait yaratmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR