AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Reklam mətnlərində Azərbaycan dilinin saflığının qorunması” layihəsinin icrasına başlanılıb

  • + A
  • - A
  • 10-06-2026, 14:11

    “Reklam mətnlərində Azərbaycan dilinin saflığının qorunması” layihəsinin icrasına başlanılıb

    “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi 01 iyun 2026-cı il tarixindən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Reklam mətnlərində Azərbaycan dilinin saflığının qorunması” adlı layihənin icrasına başlayıb.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihənin əsas ideyası – reklam mətnlərində Azərbaycan dilinin düzgün və saf şəkildə istifadəsinin təşviqi, xarici sözlərin həddindən artıq istifadəsinin qarşısının alınması və ictimaiyyətin dil mədəniyyəti sahəsində maarifləndirilməsidir.

    Layihənin əhatə etdiyi coğrafi ərazi əsasən Bakı şəhəri, həmçinin rəqəmsal platformalar vasitəsilə bütün ölkə ərazisidir.

    Üç ay müddətində həyata keçiriləcək layihə, maarifləndirmə işləri çərçivəsində “Reklamda Azərbaycan Dilinin Önəmi” adlı forumun keçirilməsi nəzərdə tutulur. Forum çərçivəsində peşəkar dilçilərin normativlər, düzgün istifadə qaydaları ilə bağlı çıxışları olacaq və nümunələr göstəriləcəkdir.

    Nəticə etibarilə, forumda olan maarifləndirmə fəaliyyətləri reklam mətnlərində Azərbaycan dilinin saflığının qorunmasına və dil mədəniyyətinin inkişafına real töhfə verəcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR