AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xırdalanda qadın üzərinə düşən şüşədən xəsarət alıb

  • + A
  • - A
  • Bu gün, 17:04

    Xırdalanda qadın üzərinə düşən şüşədən xəsarət alıb


    Abşeronun Xırdalan şəhərində qadının xəsarət alması ilə nəticələnən hadisə qeydə alınıb.

    Hadisə M.Hüseynzadə küçəsində baş verib. Çoxmərtəbəli binanın mənzillərindən birinin eyvanındakı şüşə qoparaq həmin ərazidən keçən qadının başına düşüb.

    TƏBİB-dən verilən məlumata görə, hadisə ilə əlaqədar saat 14:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

    Təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub. 1978-ci il təvəllüdlü qadına yerində tibbi yardım göstərilib.

    [video=]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR