AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İngiltərədə paraşütlə tullanma zamanı 35 yaşlı qadın ağır xəsarət alıb.

  • + A
  • - A
  • Bu gün, 11:04

    İngiltərədə paraşütlə tullanma zamanı 35 yaşlı qadın ağır xəsarət alıb.

    Diş terapevti Holli Viffen paraşütlə tullanarkən təxminən 10 min fut (3 min metr) yüksəklikdə başqa paraşütçü ilə toqquşub. Toqquşma nəticəsində huşunu itirən qadın sərbəst şəkildə aşağı düşməyə başlayıb.

    O, təxminən 1000 fut yüksəklikdə əsas paraşütünü açmağa nail olub. Daha sonra ehtiyat paraşütü də açılıb.

    Viffen yerə enərkən iynəyarpaqlı ağaca çırpılıb. Ağacın onun həyatını xilas etdiyi qeyd olunur.

    Qəza nəticəsində qadının onurğası və sol ayağı sınıb.

    Ağır xəsarətlər almasına baxmayaraq, Holli Viffen sağaldıqdan sonra yenidən paraşütlə tullanacağını deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR