PISA 2025: Azərbaycanda oxu savadlılığı ilə bağlı ciddi problem açıqlanıb

Azərbaycanda şagirdlərin oxu savadlılığı ilə bağlı göstəricilər açıqlanıb.
Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 beynəlxalq tədqiqatının nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib ki, oxu savadlılığı üzrə Bakı şəhəri 56-cı yerdədir.
Nazir tədqiqatın nəticələrinin Azərbaycanda oxu bacarıqları sahəsində ciddi çətinliklərin mövcudluğunu göstərdiyini deyib.
“Bu, regiona xas xüsusiyyətdir. Bəlkə də, sovet təhsil sisteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur”, – deyə E.Əmrullayev bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda hər üç nəfərdən ikisi oxu üzrə minimal nəticə göstərib. O, yüksək oxu bacarıqlarına malik şəxslərin payının isə 0,1 faiz təşkil etdiyini açıqlayıb.
E.Əmrullayev bunun çox ciddi problem olduğunu vurğulayıb.
Bununla yanaşı, nazir təbiət elmləri, oxu savadlılığı və riyaziyyat üzrə qızların nəticələrinin oğlanların göstəricilərini üstələdiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.