Nazir açıqladı: Valideyn marağı şagirdlərin nəticələrində 42 ballıq fərq yaradıb

Valideynlərin övladlarının təhsili ilə maraqlanması şagirdlərin akademik göstəricilərinə təsir edən amillərdən biridir.
Elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” verilişində bu məsələyə diqqət çəkib.
E.Əmrullayev bildirib ki, valideynlərin uşaqlarının məktəbdə nə öyrəndiyi ilə maraqlanması üçün böyük vaxt və xüsusi imkan tələb olunmur.
“Valideyndən çox şey tələb etmirik, sadəcə uşağından soruşsa ki, bu gün nə öyrənmisən, bu, təhsilə müsbət təsir edər”, - deyə nazir bildirib.
O qeyd edib ki, övladının təhsili ilə həftədə ən azı bir dəfə maraqlanan valideynlərin uşaqlarının nəticələri daha yüksəkdir.
Nazirin sözlərinə görə, bu kateqoriyada olanların nəticəsi 451 bal, övladının nə öyrəndiyi ilə heç vaxt maraqlanmayanların göstəricisi isə 409 bal təşkil edib. Beləliklə, nəticələr arasında 42 bal fərq yaranıb.
“Ən sadə addımlarla çox ciddi dəyişikliklər əldə edə biləcəyimizi düşünürük. Yalnız bununla nəsə əldə edə bilərikmi? Xeyr. Lakin bizim gördüyümüz işlərlə yanaşı, valideynlər də bizə dəstək olarsa, irəliyə doğru daha sürətlə irəliləyərik”, - E.Əmrullayev vurğulayıb.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.