AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDYPİ-dən sürücülərə xəbərdarlıq

  • + A
  • - A
  • Bu gün, 10:40

    BDYPİ-dən sürücülərə xəbərdarlıq

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti iştirakçılarına müraciət edib.

    İdarədən bildirilib ki, Zərdab–Ağcabədi yolunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində 5 nəfərin öldüyü, 2 nəfərin yaralandığı ağır qəza yol hərəkəti qaydalarına ciddi əməl olunmasının vacibliyini bir daha göstərir.

    BDYPİ traktor və digər kənd təsərrüfatı texnikalarını idarə edən şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağa, işıq cihazlarından və işıqəks etdirən vasitələrdən düzgün istifadə etməyə çağırıb.

    Digər sürücülərə isə sürət həddinə və yol şəraitinə əməl etmək, ara məsafəsini qorumaq və təhlükəli manevrlərdən çəkinmək tapşırılıb.

    İdarə vurğulayıb ki, yol hərəkəti qaydalarının pozulması ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR