AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

General-leytenant Heydər Piriyevin illər əvvəl çəkilmiş fotosu yayıldı

  • + A
  • - A
  • Bu gün, 10:33

    General-leytenant Heydər Piriyevin illər əvvəl çəkilmiş fotosu yayıldı

    General-leytenant Heydər Piriyevin bir qrup zabitlə birlikdə çəkdirdiyi arxiv fotosu sosial şəbəkələrdə paylaşılıb.

    Görüntünün hansı tarixdə çəkildiyi açıqlanmasa da, fotonun Piriyevin Azərbaycan Ordusunda xidmət etdiyi illərə aid olduğu ehtimal edilir.

    Heydər Kamal oğlu Piriyev 1959-cu ildə anadan olub. O, hərbi xidmətə Sovet ordusunda başlayıb, 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.

    Piriyev Birinci Qarabağ müharibəsində iştirak edib. Daha sonra orduda müxtəlif rəhbər vəzifələrdə çalışıb, o cümlədən Heydər Əliyev adına Ali Hərbi Məktəbin və Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəhbəri olub.

    2009-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifəsini tutub.

    2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant ali hərbi rütbəsinə layiq görülüb.

    2020-ci il Vətən müharibəsində göstərdiyi xidmətlərə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

    2022-ci ildə Milli Müdafiə Universitetinin rektoru təyin edilən Heydər Piriyev 2024-cü ildə bu vəzifədən azad edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR