AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Professor yazır: 30 illik tarixi ədalətsizliyin etirafı

  • + A
  • - A
  • Dünən, 09:00

    Professor yazır: 30 illik tarixi ədalətsizliyin etirafı


    Vaqif Abdullayev Siyasi elmlər doktoru, professor sabiq deputat


    58 ölkə, 9 beynəlxalq təşkilatdan 150 nəfərlik nəhəng diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri adi ziyarət sayıla bilməz.

    Bu, sayca 22-ci səfər olsa da, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Avropa İttifaqı səviyyəsində Qərbin ali diplomatik heyətinin azad edilmiş ərazilərə legitim Azərbaycan missiyası ilə birgə hərəkəti, həmrəyliyinin nümayişi deməkdir.

    Qərbin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu birmənalı olaraq beynəlxalq səviyyədə qəbuludur.
    Bu, həm də 30 illik işğala və tarixi ədalətsizliyə göz yuman beynəlxalq təşkilatların ikili standartlarının əbədi sonu, vaxtilə yol verdiyi səhvlərin və tarixi ədalətin bərpasının etirafıdır.

    Daşnak və revanşist ermənilərin bölgədə uzun illər apardığı saxta təbliğatın iflasıdır.

    30 il bölgənin tarixini özününküləşdirməyə, status-kvonu dəyişməz saxlamağa çalışan ermənilərin beynəlxalq birlik tərəfindən rədd edilən müasir tarixi gerçəkliyin təzahürdür.

    Beləliklə, beynəlxalq diplomatik icma bu səfərlə özü etiraf edir ki:

    - Qarabağ çoxəsrlik Azərbaycan torpağıdır, siyasi sivilizasiyanın zəngin beşiyi, tarixi-mədəni-dini abidələrin multikultural dəyəridir.

    - Erməni vandalizmi saxtakarlıq edərək beynəlxalq birliyi aldadıb, uzun illər bu ezackar mədəniyyəti, sərvəti məhv etməklə Azərbaycana ağır yaralar vurub;

    - Dünyanın ən ecazkar məskəni olan Şuşa və Xankəndi təkcə Azərbaycanın irsi, mədəniyyət rəmzi deyil, İslam, Türk dünyasının, bütün bəşəriyyətin tolerantlıq ünvanıdır.

    Bir sözlə, xarici diplomatların bölgədəki situasiyalara canlı şahidlik etməsi regionun hüquqi statusu və suverenliyi ilə bağlı spekulyasiyalara birdəfəlik son qoyur.

    Azərbaycanın regionda sülh, sabitlik və beynəlxalq hüquqa dayanan ədalətli nizam qurduğunu dünyaya elan edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR