Masallıda Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının XI konfransı keçirilib.
Konfransdan öncə iştirakçılar tərəfindən Ulu öndər Heydər Əliyevin heykəlinin önünə gül dəstələri düzülüb.
Konfransda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov, millət vəkili Məşhur Məmmədov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və ictimaiyyət nümayəndələri, eləcə də digər qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə YAP Masallı rayon təşkilatının ötən dövr ərzində gördüyü işlər barədə məlumat verilib. Qeyd olunub ki, təşkilat tərəfindən partiya üzvləri ilə işin səmərəli təşkili, ictimai-siyasi fəallığın artırılması, gənclərin və qadınların partiya fəaliyyətinə daha geniş cəlb olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Konfransda təşkilatın qarşısında duran vəzifələr, qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və partiya strukturlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Çıxışlarda ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətindən, regionların inkişafına göstərilən diqqət və qayğıdan, eləcə də YAP-ın ictimai-siyasi proseslərdəki rolundan bəhs olunub.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatında fəal və aparıcı qüvvə kimi fəaliyyətini uğurla davam etdirir. Partiyanın əsas hədəflərindən biri ölkənin davamlı inkişafına töhfə vermək, cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələri daha da gücləndirmək və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında fəal iştirak etməkdir.
Konfrans çərçivəsində təşkilati məsələlərə də baxılıb və qarşıdakı dövrdə görüləcək işlərin prioritet istiqamətləri müəyyənləşdirilib.
Tədbir iştirakçıların çıxışları və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Xəbər yenilənəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.