AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zərdabda ağır qəzada ölənlərin sayı artdı – Daha bir müəllim vəfat etdi

  • + A
  • - A
  • Bu gün, 11:35

    Zərdabda ağır qəzada ölənlərin sayı artdı – Daha bir müəllim vəfat etdi

    Zərdab rayonunda ötən həftə baş verən ağır yol-nəqliyyat hadisəsi daha bir şəxsin ölümü ilə nəticələnib.

    Qəzada xəsarət alan Reyhan Məhəmmədova müalicə aldığı xəstəxanada vəfat edib.

    Hadisə Zərdab-Ağcabədi avtomobil yolunda baş verib. “KIA” markalı minik avtomobili traktorla toqquşduqdan sonra yanıb.

    Məlumata görə, avtomobildə olan şəxslər Qalib Məhəmmədovun nəvəsinin ilk tədris ili və ad günü münasibətilə təşkil olunan məclisdən qayıdırmış.

    Qəza zamanı avtomobili idarə edən Elyar Məhəmmədov Qalib Məhəmmədovun oğlu olub. Reyhan Məhəmmədova isə onun həyat yoldaşıdır.

    Hadisə nəticəsində Qalib Məhəmmədov, Səkinə Məhəmmədova, Susanna Məhəmmədova və Mehriban Kərimova da həyatını itirib.

    Elyar Məhəmmədov Məmmədqasımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyib, Vətən müharibəsində iştirak edib. Qalib Məhəmmədov isə həmin məktəbdə uzun illər Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.

    Reyhan Məhəmmədova da orta məktəbdə müəllim işləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR