AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycana diplomatik missiya ilə gələn şəxslərin qeydiyyatı 15 gün şərtinə bağlanır

  • + A
  • - A
  • Bu gün, 15:15

    Azərbaycana diplomatik missiya ilə gələn şəxslərin qeydiyyatı 15 gün şərtinə bağlanır

    Azərbaycana diplomatik və xüsusi missiya ilə səfər edən şəxslərin ölkədə qeydiyyatı ilə bağlı yeni müddətin müəyyənləşdirilməsi təklif edilir.

    Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilən Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində nəzərdə tutulub.

    Layihəyə əsasən, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları, beynəlxalq təşkilatların orqanları, bölmələri və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvləri, onların ailə üzvləri, həmçinin diplomatik missiya və ya beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallarda xüsusi missiya ilə Azərbaycana gələn şəxslər 15 gündən artıq ölkədə müvəqqəti olduqları halda müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınacaqlar.

    Təklif olunan dəyişikliklə qeydiyyata alınmalı şəxslərin dairəsi dəqiqləşdirilir və qeydiyyatın aparılması üçün 15 gündən artıq qalma müddəti müəyyən olunur.

    Bununla yanaşı, həmin şəxslərə verilən qeydiyyat vəsiqələrinin rəsmiləşdirilməsi və təqdim edilməsi qaydalarının təkmilləşdirilməsi nəzərdə tutulur. Prosedurların məlumat-axtarış sistemindən istifadə edilməklə həyata keçirilməsi və məlumatların Vahid Miqrasiya Məlumat Sisteminə daxil edilməsi təklif olunur.

    Layihəyə əsasən, qeydiyyat vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi, eləcə də qeydiyyat qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənəcək.

    Məcəllənin 25-ci maddəsinə təklif olunan digər dəyişikliklərlə rəsmi səfər məqsədilə verilən giriş vizalarının şamil edildiyi şəxslərin siyahısının dəqiqləşdirilməsi, 42.9-cu maddəyə dəyişikliklə isə normativ tənzimləmədə uyğunluğun təmin edilməsi nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR