Ağsuda qəza: yük maşını aşıb, məhsullar yola səpələnib

Muğanlı–İsmayıllı–Qəbələ yolunda yük avtomobilinin aşması ilə nəticələnən qəza baş verib.
Hadisə yolun Ağsu rayonundan keçən hissəsində baş verib. “İsuzu” markalı yük avtomobilinin idarəetmədən çıxaraq yol kənarına aşdığı bildirilir.
Qəza zamanı yük maşını yararsız vəziyyətə düşüb. Marketlər şəbəkəsinə məxsus müxtəlif məhsullar, o cümlədən toyuq məhsulları yola dağılıb.
Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.