AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Birinci kurs tələbələri ilə bağlı videoya görə ADMİU-dan qərar: tələbə xaric edildi

  • + A
  • - A
  • Bu gün, 21:32

    Birinci kurs tələbələri ilə bağlı videoya görə ADMİU-dan qərar: tələbə xaric edildi

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada yayılan görüntülərlə əlaqədar intizam tədbiri görülüb.

    ADMİU-dan bildirilib ki, “TikTok” platformasında yayılan video universitet rəhbərliyi tərəfindən araşdırılıb.

    Araşdırma zamanı videoda görünən qadının ADMİU-da təhsil almadığı və işləmədiyi müəyyən edilib. Onun qardaşı Kənan Zindadilin isə universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsi olduğu açıqlanıb.

    Məsələ ilə bağlı universitetin İntizam komissiyasının təcili iclası keçirilib.

    Komissiyanın qərarı ilə Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul olunub. Universitet bunun fərdi müqavilənin müvafiq müddəası və universitetdaxili nizam-intizam qaydalarının tələbləri əsasında həyata keçirildiyini bildirib. Qərar rektorun əmri ilə rəsmiləşdirilərək qüvvəyə minib.

    Universitet qeyd edib ki, tələbələrin hüquq və mənafelərinin qorunması, eləcə də təhlükəsiz təhsil mühitinin təmin edilməsi əsas prioritetlərdəndir.

    Hadisəyə səbəb olan görüntülərdə “leylakenan” adlı “TikTok” hesabından canlı yayım zamanı ADMİU-nun birinci kurs tələbələri barədə təhqiramiz və aşağılayıcı ifadələr səsləndirilib. Həmçinin tələbələrə qarşı hədə və fiziki zorakılıq xarakterli ifadələrin işləndiyi bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR