AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Limanında konteyner daşımaları 22 % artıb

  • + A
  • - A
  • Bu gün, 19:00

    Bakı Limanında konteyner daşımaları 22 % artıb

    Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus Bakı Beynəlxalq Dəniz Limanından 5,5 milyon tondan çox yük aşırılıb.

    Bu barədə ADY-nin məlumatında qeyd olunub.

    Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə təqribən 3 % çoxdur.

    Hesabat dövründə 85 min TEU-dan çox konteyner aşırılıb ki, bu da ötən ilin 8 ayındakı nəticəni (69 855 TEU) 22 % üstələyib.

    2026-cı ilin avqust ayında isə konteyner dövriyyəsi 12,9 min TEU həcmində olub. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 39 % çoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR