İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin hüquqi tənzimlənməsi istiqamətində tanınmış hüquqşünaş mühüm uğur qazanıb. Azərbaycan məhkəmə təcrübəsində işçilərin və iş yerlərinin attestasiyasının və sertifikalaşdırmanın nəticələrinin hüquqi qiymətləndirilməsi ilə bağlı əhəmiyyətli hüquqi yanaşmanın formalaşmasına səbəb olan məhkəmə işi yekunlaşıb.
İş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi attestasiya və sertifikatlaşdırmanın nəticələrinin əmək münasibətlərinə təsiri, işçinin əmək hüquqlarının təmin olunması və işəgötürənin müvafiq qərarlarının hüquqi əsaslarının qiymətləndirilməsi baxımından diqqətəlayiqdir.
Hüquqşünas Cəmil Adışovun qeyd etdiyinə əsasən, məhkəmə nəticəsinin gələcəkdə analoji əmək mübahisələrinin hüquqi qiymətləndirilməsi və məhkəmə təcrübəsinin inkişafı baxımından əhəmiyyətli hüquqi presedent xarakterli yanaşmalardan birinə çevriləcəyi gözlənilir.
Bu nəticə konkret əmək mübahisəsinin həlli ilə yanaşı, attestasiya və sertifikatlaşdırma institutunun tətbiqi zamanı qanunçuluq, əsaslandırma və işçi hüquqlarının təmin edilməsi məsələlərinin hüquqi müstəvidə əhəmiyyətini bir daha nümayiş etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.