AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Formula 1 günlərində Bakının mərkəzində hərəkət üçün yeni imkan yaradılır

  • + A
  • - A
  • Bu gün, 12:50

    Formula 1 günlərində Bakının mərkəzində hərəkət üçün yeni imkan yaradılır

    Bakıda Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi ilə əlaqədar nəqliyyatın hərəkətinin təşkili məqsədilə yeni tranzit dəhliz yaradılacaq.

    İlk dəfə Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospektinə qədər olan istiqamətdə tranzit hərəkət təmin ediləcək.

    Bununla yanaşı, Salyan şossesi–Neftçilər prospekti–Azneft dairəsi, M. Lermontov küçəsi–BMT-nin 50 İlliyi küçəsi–İstiqlaliyyət küçəsi, Bülbül prospekti–Zərifə Əliyeva küçəsi–Neftçilər prospekti, Nizami və Puşkin küçələrinin kəsişməsi–Xəqani küçəsi istiqamətlərində hərəkət mümkün olacaq.

    Çıxış istiqamətləri üzrə də müəyyən yollar açıq saxlanılacaq.

    21 və 22 sentyabrda tranzit dəhlizlər səhər 07:00–09:00, axşam 18:00–20:00, 23 sentyabrda isə səhər 07:00–09:00 və axşam 20:00–22:00 saatlarında fəaliyyət göstərəcək.

    Tranzit dəhlizlərin təşkili təcrübəsi 2023-cü ildən tətbiq olunur. Məqsəd Formula 1 günlərində şəhərin mərkəzində nəqliyyatın hərəkəti üçün əlavə imkanlar yaratmaqdır.

    Qeyd edək ki, Azərbaycan Qran-Prisi 24–26 sentyabr tarixlərində Bakıda keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR