Sentyabrın 20-nə olan hava proqnozu

Sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, mülayim şimal-qərb küləyi əsəcək. Gecə 20-23°, gündüz 25-29° isti olacaq.
Ölkə rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış, şimşək və dolu ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə ediləcək.
Rayonlarda havanın temperaturu gecə 17-22°, gündüz 28-32° isti olacaq. Dağlarda gecə 10-15°, gündüz 17-20° isti təşkil edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.