AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

20 Sentyabr – Azərbaycanın dövlət suverenliyinin bərpa olunduğu gündür

  • + A
  • - A
  • Bu gün, 14:52

    20 Sentyabr – Azərbaycanın dövlət suverenliyinin bərpa olunduğu gündür

    Xəlil Xəlilov,
    Azadmedia Xəbər Portalının təsisçisi

    Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini qurmaq və onun ərazi bütövlüyünü təmin etmək ən böyük nailiyyətlərdən biridir.

    Azərbaycan xalqı da uzun illər ərzində dövlətçilik və müstəqillik uğrunda ciddi sınaqlardan keçib.
    30 ildən artıq davam edən işğal Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ağır zərbə vursa da, bu vəziyyət xalqın dövlətçilik iradəsini sarsıda bilmədi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər isə ərazilərimizin böyük hissəsinin işğaldan azad edilməsi ilə nəticələndi.

    Lakin dövlət suverenliyinin tam bərpası üçün daha bir mühüm mərhələ qarşıda idi. 2023-cü il aprelin 23-də Laçın yolunun başlanğıcında, Həkəri çayı üzərində dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz ərazisi üzərində nəzarətinin təmin olunması istiqamətində mühüm addım oldu.

    Həmin ilin sentyabrında Qarabağda baş verən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri yerinə yetirdi. Separatçı rejimin fəaliyyətinə son qoyuldu və Azərbaycan öz ərazisi üzərində dövlət suverenliyini tam bərpa etdi.

    Məhz bu tarixi hadisənin ildönümü nəzərə alınaraq, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü elan edildi.

    Bu tarix Azərbaycanın müasir dövlətçilik tarixində mühüm mərhələni ifadə edir. 20 Sentyabr həm ərazi bütövlüyünün bərpasını, həm də ölkənin bütün ərazisində dövlət hakimiyyətinin və konstitusiya quruluşunun təmin olunmasını simvolizə edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR