AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda tədbir zamanı qəza

  • + A
  • - A
  • Bu gün, 12:20

    Bakıda tədbir zamanı qəza

    Yasamal rayonunda keçirilən kütləvi tədbir zamanı iri LED ekran aşıb.

    Hadisə Məhəmməd Naxçıvani (6-cı Paralel) küçəsində qeydə alınıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

    İlkin məlumata əsasən, ekran ehtiyatsızlıqdan insanların dayandığı əraziyə düşüb. Hadisə nəticəsində bir qadının xəsarət aldığı bildirilir.

    Qeyd olunur ki, hadisə AYNA tərəfindən Mikromobillik həftəsi çərçivəsində təşkil olunan “Avtomobilsiz gün” tədbirində baş verib.

    Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR