Vətən Müharibəsi Qəhrəmanının ilk övladı doğulub

Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadənin ilk övladı dünyaya gəlib.
2001-ci il təvəllüdlü Azər Abdullazadə 2020-ci il oktyabrın 11-də Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb. O, müalicə üçün xəstəxanaya yerləşdirilib və yaralanma nəticəsində sağ gözünü itirib.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azər Abdullazadəyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.