AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Xocəsən” və “Avtovağzal” pulsuz olacaq

  • + A
  • - A
  • Bu gün, 16:34

    “Xocəsən” və “Avtovağzal” pulsuz olacaq

    Sentyabrın 23-dən “Xocəsən” və “Avtovağzal” metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz həyata keçiriləcək.

    Bu barədə “Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatında bildirilib.

    Qeyd olunub ki, məqsəd xətlərin ayrılması layihəsi çərçivəsində sərnişinlər üçün əlavə hərəkət imkanları yaratmaq və nəqliyyat axınlarını optimallaşdırmaqdır.

    Sumqayıt, Xırdalan, Bakı–Şamaxı yolu istiqamətindən, həmçinin Abşeron və Qaradağın bir sıra ərazilərindən gələn sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından istifadə etməklə “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metroya keçə biləcəklər.

    Bu stansiyalardan “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət mümkün olacaq.

    Bundan başqa, bir sıra avtobus marşrutlarının “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi nəzərdə tutulur.

    Görülən tədbirlərin xətlər arasında alternativ hərəkət imkanlarını artıracağı və sərnişin axınının daha səmərəli bölüşdürülməsinə şərait yaradacağı bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR