AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Culfada yük maşını yandı

  • + A
  • - A
  • Bu gün, 10:53

    Culfada yük maşını yandı

    Culfa rayonu ərazisində qoşqulu yük avtomobilində yanğın qeydə alınıb.

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Hadisə yerinə Culfa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində “Scania” markalı yük avtomobilindəki yanğın söndürülüb.

    Nəticədə avtomobilin kabin hissəsi və bir qoşqu yanıb. Digər qoşqu yanğından mühafizə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR